Microsoft-un gəlirləri və mənfəəti artıb
Keçən ilin oktyabr-dekabr dövrünü 2021-ci maliyyə təqvimində ikinci rüb olaraq qəbul edən Microsoft şirkəti maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin xalis mənfəəti, keçən ilin oktyabr-dekabr dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 15,5 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti 2019-un eyni dövründə 11,7 milyard dollar olmuşdu.
Hesabat dövrdə şirkətin gəlirləri də 36,9 milyard dollardan 43,1 milyard dollara yüksələrək 17% artıb.
Şirkətin bir səhminə düşən mənfəəti bu dövrdə 1,51 dollardan 2,03 dollara yüksəlib.
Söz mövzusu dövrdə Microsoft-un bulud seqmentindəki gəliri 23% artaraq 14,6 milyard dollara yüksəlib, Azara platformasının gəliri 50% artıb. Microsoftun oyun konsolu Xbox-dan əldə edilən gəlir isə eyni dövrdə 40% artım qeyd edib.
Microsoft-un İcraçı direktoru Sata Nadella, "Keçən il şirkətlər rəqəmsala keçidi sürətləndiriblər" deyib. Nadella, Microsoftun dünyanın ən böyük və əhatəli bulud platforması ilə bu keçidi gücləndirdiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
17 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 17 saat əvvəl
-
18 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
18 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
19 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
19 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir





















.jpg)


