Qazaxıstana pomidor ixracı bərpa olunub
Azərbaycandan Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, məsələ ilə bağlı AQTA və aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında aparılan danışıqlar, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlardan, yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən 29 yanvar 2021-ci il tarixindən bu ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.
Eyni zamanda sözügedən virusun bir sıra dünya ölkələrində yeni karantin tətbiq olunan zərərli orqanizm kimi müəyyən olunması nəzərə alınaraq bu virusun tədqiqi ilə bağlı hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.
Bildirilir ki, ixrac üçün icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından AQTA tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.
Hazırda AQTA ilə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında müzakirələr davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








