“S&P” SOCAR-ın kredit reytinqini dəyişdirmədi
"Standard & Poor's" (“S&P") beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqini (ICR) yenidən “BB-“ səviyyəsində müəyyən edib.
Bununla belə, qurum reytinq üzrə proqnozu "Mənfi"dən "Sabit"ə yüksəldib.
Xatırladaq ki, “S&P" bir qədər əvvəl Azərbaycanın da reytinqinə yenidən baxıb. Agentliyin SOCAR-la bağlı atdığı bu addım isə şirkətin ölkə iqtisadiyyatında mühüm rolunu, həmçinin dayanıqlı maliyyə və xarici mövqelərini bir daha təsdiq edir.
“S&P”nin açıqlamasına görə, SOCAR-ın maliyyə fəaliyyətində dövlətin payı və rolu nə qədər böyük olsa da, ölkə reytinqlərilə şirkətin reytinqləri arasında fərqləndirmə aparılır.
“SOCAR-ın borclarının cəmi 10 %-i dövlət zəmanəti altındadır”, - deyə açıqlamada qeyd olunub.
Agentliyin ekspertləri ötən ilin avqust ayında SOCAR da daxil olmaqla dövlət şirkətlərini idarə etmək məqsədi ilə yaradılmış Azərbaycan İnvestisiya Fonduna da nəzər salıb və bildirib ki, bu qurumun fəaliyyət istiqamətləri, ona veriləcək aktivlər hələ ki, məlum olmadığı üçün holdinqin SOCAR-ın fəaliyyətinə necə təsir edəcəyini demək hələ ki, tezdir.
"Dünya neft-qaz bazarında yüksək dəyişkənliyin bundan sonra da davam edəcəyi nəzərə alınsa, SOCAR qlobal dəyişikliklər üçün daha həssas olaraq qalır. Şirkətin kredit keyfiyyəti reytinqi də “B-“ səviyyəsində saxlanılıb. Onun likvidliyinin bundan sonra da tənzimlənəcəyi gözlənilir.
Bu yaxınlarda TAP kəmərinin işə salınması nəticəsində artımı məhdud çərçivədə gözləyirik, çünki SOCAR həmin dəyər zəncirində kiçik səhmdarlardandır. Çox güman ki, artım tədricən baş verəcək, mənfəətin əksər hissəsi də dövlət büdcəsinə gedəcək”,, - hesabatda bildirilir.
Sənəd müəlliflərinin qənaətincə, 2020-2022-ci illərdə SOCAR-ın əməliyyat fəaliyyətinə çəkilən xərclərin borcuna nisbəti 9-12 % olacaq.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
50 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
51 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)







