“AFB Bank” FİNTEX SAMMİT ONLAYN tədbirində iştirak edəcək
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC FİNTEX SAMMIT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirində iştirak edəcək. Tədbir VISA ilə 28-29 yanvar 2021-ci il tarixlərində “BANK VƏ ÖDƏNİŞ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLLƏR, FİNTEXLƏR VƏ TƏHLÜKƏSİZLİK” mövzusunda keçiriləcək.
2 gün davam edəcək tədbir sektorun qabaqcıl təmsilçisi olan 100 şirkətin iştirakı, 60 məruzəçi və 10 paneldən ibarət olacaq. Panellərdə Malliyyə xidmətlərində gələcək risklər, Ödəniş ekosistemi: dəyişən vərdişlər, Kibertəhlükəsizlik, Blokçeyn və rəqəmsal aktivlər və s. kimi mövzular panellərdə müzakirə olunacaq.
“AFB Bank” ASC virtual stendə yeni mobil əlavəsi və yeni saytın elektron bankçılıq və məsafədən həyata keçiriləck digər bank əməliyyatları imkanlarını nümayiş etdirəcək.
Qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi və müxtəlif funksionallıqları ilə fərqlənən “AFB Bank” ASC-nin Mobil tətbiqi ənənəvi bankçılıqda olan bir çox əməliyyatı məsafədən, sürətli və dərhal yerinə yetirməyə imkan verir. Bankın müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən asanlıqla idarə edə bilərlər. Həmçinin yeni Mobil tətbiq vasitəsilə kommunal ödəniş və köçürmələrin həyata keçirilməsi, konvertasiya əməliyyatlarının aparılması, kart və digər hesablara köçürmələrin edilməsi, kredit ödənişlərinin həyata keçirilməsi, ödəniş şablonlarının yaradılması mümkündür.
“AFB Bank” ASC-nin yeni saytı istifadəçi rahatlığı və istifadəçilər üçün geniş imkanların təmin edilməsini ilə seçilir. Yeni saytın təqdim etdiyi imkanlar müştərilər üçün bir sıra əməliyyatların aparılmasını daha əlçatan və sürətli edilməsini təmin edir.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
-
20 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 33 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək




.jpg)











.jpg)





