“Premium Bank” son maliyyə vəziyyətini açıqladı
“Premium Bank” ASC 2020-ci ili 3 miylon 964 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə 2020-ci ildə Bankın xalis mənfəəti 2,2 dəfə azalıb. “Premium Bank” 2019-cu ili 8 milyon 868 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, illik müqayisədə “Premium Bank”ın faiz gəlirləri 38 milyon 235 min manatdan 34 milyon 770 min manata, qeyri-faiz gəlirləri isə 21 milyon 191 min manatdan 14 milyon 62 min manata geriləyib.
Ötən il Bankın faiz xərcləri artsa da qeyri-faiz xərcləri azalıb.
BANK BÖYÜYÜB
2019-cu illə müqayisədə 2020-ci ildə “Premium Bank”ın cəmi aktivləri 10 milyon 843 min manat və ya 1.7% artaraq 653 milyon 299 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlər isə 2 milyon 530 min manat artaraq 570 milyon 103 min manata çatıb.
Ötən il "Premium Bank"da fiziki şəxslərin depozitləri 50 milyon 404 min manat azalıb, hüquqi şəxslərin depozitləri isə 10 milyon 677 min manata artıb.
KAPİTALI ARTIRILIB
Ötən il “Premium Bank”ın səhmdar kapitalı 50 milyon manat artaraq 154 milyon 601 min manata yüksəlib. Bank 31 Dekabr 2020-ci il tarixində 173 milyon 917 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















