Azərbaycan şirkəti 5 ölkəyə köynək ixrac edəcək
“Akkord Tekstil” İtaliya, İngiltərə, Fransa, Almaniya və Kanadaya köynək ixrac edəcək
Ölkəmizdə ixrac potensialı böyük olan müəssisələrdən biri də “Akkord Tekstil” MMC-dir. Cəmiyyət Azərbaycanda geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Fabrikdə əsasən kişi və qadın geyimləri, habelə digər təyinatlı uniformalar, uşaq və məktəbli geyimləri istehsal olunur.
MMC-nin direktoru İsmayıl Bayramov müsahibəsində bildirib ki, Ağstafa rayonunda fəaliyyət göstərən “Akkord” tikiş fabriki istər təchizat baxımından, istərsə də istehsal etdiyi məhsulun keyfiyyəti baxımından dünya standartlarına uyğundur.
“Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sərəncamlar iqtisadiyyatımızın bütün sahələri kimi, tekstil sahəsinin də inkişafına təkan verib. Qəbul edilən qərar və qanunlar istehsalın daha da genişlənməsinə, yeni texnologiyaların tətbiqinə, məhsul çeşidinin artırılmasına, yeni iş yerlərinin açılmasına imkan yaradıb. Fabrikimizdə 120 nəfər işləyir. Burada Yaponiya və Almaniya avadanlıqlarının tətbiq olunduğu yeni tikiş xətti də yaradılıb və istehsal prosesi beynəlxalq standartlara tam cavab verir. Müəssisədə ayda 40 min ədəd köynək istehsalı mümkündür. İstehsal olunan köynəklər dünyanın bir çox ölkələrinə ixrac edilir. İtaliyada yerləşən “Elle–Elle” şirkəti ilə bu günlərdə yeni müqavilə imzalamışıq. Müqaviləyə əsasən, həmin şirkət bizdən “COVERY” markası altında “Made in Azerbaijan” yarlığı ilə 50 min ədəd köynək alacaq. Yaxın vaxtlarda müəssisəmizin istehsalı olan köynəklər İngiltərə, Fransa, Almaniya və Kanadaya da ixrac ediləcək”, - deyə İsmayıl Bayramov vurğulayıb.
© AZƏRTAC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















