"SOCAR-ın səhmlərinin satışı planlaşdırılmır"
“21 dövlət şirkətinin idarəetməsinin tapşırıldığı Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək”.
Bunu "Bloomberg" agentliyinə müsahibəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Biz səhmdarlar və iqtisadiyyat üçün artan dəyər gözləyirik”, - o əlavə edib.
Nazirin fikrincə, dövlət şirkətlərinin hamısı özəlləşdirilməsə də, investorlar üçün eyni baxış bucağı formalaşdırılmalıdır. Bu isə şirkətlərin idarəçiliyində bir çox dəyişikliklər tələb edir.
“Bu il üçün dövlət şirkətlərinin, o cümlədən Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin satışı nəzərdə tutulmur. Ancaq Azərbaycan yeni özəlləşdirmə proqramını reallaşdırmaq niyyətindədir və biz indiyə qədər təklif etmədiyimiz yeni aktivləri irəli sürəcəyik”, - M.Cabbarov qeyd edib.
“Özəlləşdirmə naminə özəlləşdirmə aparmağı və yaxud konkret müddət üçün özəlləşdirməyə getməyi doğru hesab etmirik. Bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyəri artırmağa imkan verən investisiya holdinqi qurmaq idi”, - nazir vurğulayıb.
O həmçinin əlavə edib ki, Qarabağın işğaldan azad edilməsi regionda sabitlik yaratmaqla yanaşı, məhsulların ticarəti və tranziti baxımından Azərbaycanın haba çevrilməsinə şərait yaradacaq: "Regiondakı proseslərdə Ermənistanla da əməkdaşlıq edilə bilər. Prezident İlham Əliyev aydın şəkildə deyib ki, Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Qarşılıqlı əməkdaşlıq bölgədəki bütün ölkələrə fayda gətirəcək. Rusiya, Azərbaycan və Ermənistanın yaratdığı birgə komissiya bu ay işə başlayacaq".
Marja.az Telegramda: https://t.me/marjaaz
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)







