"Misin qiyməti 9 min 500 dolları görəcək"
"UBS Group"a görə, mis qiymətlərində qısamüddətli geriləmə olsa da, təklifdəki kəsir və anbarlardakı ehtiyatların azalması ilə 2021-ci ilin ortasına qədər qiymət 9 min 500 dollara çatacaq.
Marja xəbər verir ki, UBS analitikləri Dominic Schnider və Wayne Gordonun 18 Yanvar tarixli hesabatında, "Karbon əleyhdarı qlobal səylərə bağlı olaraq, xüsusilə emal tərəfində sürətlənən iqtisadi fəaliyyət güclü mis tələbi yaradacaq" deyilir.
UBS-ə görə, Çinin mis idxalı 1-ci rübdə yavaşlayacaq. Koronavirus pandemiyasının irəlidəki dalğaları ABŞ, Avropa və Yaponiyanın ilk rüb tələbi üzərində təzyiq yarada bilər.
7 min 600 dollara qədər yaşana biləcək qiymət düşməsinin uzun mövqeləri artırmaq üçün qiymətləndirilməsi lazım olduğu qeyd edilən hesabata görə, təşkilatın 2021-ci il ortasına qədər qiymət proqnozu 9 min 500 dollar və ardından mərhələli sabitləşmədir.
UBS 469 min ton ətrafında mis kəsiri olacağını nəzərdə tutur. 2021-dəki illik tələbin 2%-inə bərabər gələn bu rəqəm, banka görə, ehtiyatlar üzərində aşağı istiqamətli təzyiq yaradacaq və qiymət artımına səbəb olacaq.
LME-də ticarət olunan aktiv mis kontraktı Çərşənbə axşamı günü 7791 dollar səviyyəsindən alıcı tapıb və bu qiymət 2013-cü ilin Yanvar ayında qeydə alınmış 8125 dollarlıq rekorda yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)







