AMB Avronun bahalaşmasından narahatdır
Avropa Mərkəzi Bankının (AMB) 9-10 dekabrda Frankfurtda keçirdiyi pul siyasəti yığıncağının protokolları dərc olunub.
Marja xəbər verir ki, Bankın İdarə Heyəti üzvlərinin qiymətləndirmələrinin yer aldığı protokollarda, üzvlərin avronun məzənnəsinin yüksəlməsindən narahat olduqları ortaya çıxıb.
Protokollarda, avro qarşısında dolların noyabr ayında nominal olaraq 3,5%-dən çox dəyər itirdiyi qeyd edilib.
Avronun məzənnəsinin inflyasiyaya təsirlərinin yaxından izlənildiyi qeyd edilib. Protokollarda, avronun məzənnəsinin yüksək səviyyələrdə qaldığı, son dövrdəki dəyər artımının inflyasiyadakı geriləməyə kömək edə biləcəyi ifadə edilib.
Protokollarda, "Məzənnənin yüksəlməsinə bağlı risklərin inflyasiyaya mənfi təsirlər edə biləcəyi mövzusunda narahatlıqlar dilə gətirildi" ifadəsi yer alıb.
Protokollarda, AMB-nin inflyasiya hədəfi istiqamətində əlindəki bütün vasitələri uyğun şəkildə istifadə etməyə hazır olduğu qeyd edilib.
Avro dollar qarşısında son 10 ayda 14%-ə yaxın, son 1 ildə isə 9% dəyər qazanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























