Ticarət müharibəsində itirən Tramp oldu
ABŞ Prezidenti Donald Trampın vəzifə müddətinin başa çatmasına çox az bir müddət qalıb. O, başlatdığı ticarət müharibəsində uduzub. Çinin ABŞ-a olan ticarət artıqlığı Trampın rəhbərliyi dövrü ərzində artımaqda davam edib (ABŞ-ın Çindən idxalı Çinə ixracını üstələyir) .
Marja xəbər verir ki, Tramp 2016-cı il seçkilərində Çin ilə olan ticarət kəsirini sürətli bir şəkildə tərsinə çevirəcəyini vəd etmişdi, lakin Çinə qarşı kəsir, Trampın rəhbərliyi müddətində daha da artıb və ötən ilin noyabr ayında 287 milyard dollara çatıb (Çinin ABŞ-a ixracı, ABŞ-ın Çinə ixracını üstələyir).
Xarici ticarət kəsiri şirkətlərin idxallarını Vyetnam kimi ölkələrə "sürüşdürməsilə" 2019-cu ildə illik müqayisədə azalıb, lakin 2016-cı ildəki səviyyələrə görə yüksək qalmaqda davam edib. Bunun səbəbi Çinin ABŞ məhsullarına tətbiq etdiyi 110 milyard dollara çatan gömrük vergilərinə görə Amerikan məhsullarının idxalıdakı azalmadır.
Bir il əvvəl imzalanan mərhələ 1 ticarət razılaşmasına görə, Pekin rəhbərliyi 172 milyard dollarlıq ABŞ məhsulu idxal etmək sözü vermişdi, amma Noyabr ayı sonunda bu hədəfin yalnız 51%-ə qədərini yerinə yetirə bilib. Pandemiya ilə əlaqədar olaraq neft qiymətlərinin düşməsi və Boeing ilə əlaqədar problemlər də hədəfə nail olmamaqda əhəmiyyətli rol oynayıb.
Heç cür bağlanmayan ticarət kəsiri, şirkətlərin Çinin böyük istehsal gücünə nə qədər ehtiyacı olduğunu göstərir.
Çin Dövlət Başçısı Şi Jinping isə çərşənbə axşamı günü Çinin gələcəyi ilə əlaqədar bir açıqlama edərək, ABŞ-da yerli qarışıqlıqlar davam edərkən zamanın və şərtlərin Çinin tərəfində olduğunu bildirmişdir.
"Dünya bu əsrdə görünməmiş dərin bir dəyişməyə doğru yol alıb, amma zaman və şərtlər bizim üçün uyğundur" - Şi Jinping demişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








