Özbəkistan tekstil məhsullarının ixracını artırır
Son vaxtlar Özbəkistanda ixracyönlü məhsulların istehsalına və ixracına diqqət və qayğı artırılıb. Bu istiqamətdə artıq müəyyən uğurlu nəticələr də əldə olunub.
Məsələn, 2020-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə tekstil məhsullarının ixracı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 225,8 milyon dollar artaraq, 1,7 milyard dollar təşkil edib. Ötən ilin 11 ayı ərzində Özbəkistanda 2,9 milyard dollar həcmində tekstil məhsulları istehsal olunub. İxracın 11 faizi məhz tekstil məhsullarının payına düşür.
“Anadolu” agentliyi Daşkənddəki rəsmi mənbələrə istinadən yazıb ki, hazırda Özbəkistanın tekstil məhsullarının ən böyük idxalçısı Rusiyadır. Belə ki, Rusiya ötən il Özbəkistandan 600 milyon dollar həcmində tekstil məhsulları satın alıb. Sonrakı yerlərdə Çin, Qırğızıstan, Türkiyə, Polşa və digər ölkələr gəlir.
Dünyanın əsas pambıq istehsalçılarından biri olan Özbəkistan 2020-ci ildən xam pambığın ilkin emalından alınan mahlıcın ixracını tamamilə dayandırıb. Qərara alınıb ki, ölkədə “ağ qızıl”ın sənaye üsulu ilə emal prosesi sonadək davam etdirilməlidir. Bu, əlbəttə, yeni iş yerləri və daha çox gəlir etməkdir.
Özbəkistan rəhbərliyi tekstil sənayesinin inkişafı ilə bağlı yüksək hədəflər müəyyən edib. 2025-ci ilədək tekstil məhsullarının ixracı 8 milyard dollara çatdırılmalıdır.
Ölkə rəhbərliyi qonşu ölkələrlə iqtisadi, nəqliyyat əlaqələrinin genişləndirilməsinə də xüsusi önəm verir. Bu günlərdə Daşkənddəki rəsmi mənbələrin yaydığı xəbərə görə, Əfqanıstandan keçməklə Pakistanla Özbəkistan arasında yeni dəhliz – Transəfqanıstan dəmir yolu dəhlizi yaradılır.
Pakistanın nəqliyyat naziri Azam Xan Svat bildirib ki, yeni dəmir yolu xətti ilə hər iki istiqamətə sərnişin və yük daşımaları nəzərdə tutulur. Pakistanın Baş naziri İmran Xan dəhlizin tikinti layihəsini artıq təsdiq edib. Beynəlxalq maliyyə institutlarının bu layihəyə 4,8 milyard dollar dəyərində sərmayə yatıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)








