“Hökumətlə qabaqlayıcı tədbirlər görüləcək, Manatın məzənnəsinin sabitliyi qorunacaq”
Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcəkdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanatda qeyd edilib ki, valyuta bazarında sabitliyin qorunması inflyasiyanın hədəf səviyyəsində saxlanılmasında mühüm rol oynamışdır. Cari ildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə həm qrafikə uyğun, həm də qrafikdən kənar hərraclar təşkil olunmuşdur. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində mart ayında dollarlaşma sürətlənmiş, valyuta bazarında tələb kəskin artmışdır. Lakin vəziyyətə vaxtında verilmiş reaksiya, bazar tələbatının tam ödənilməsi, olduqca mürəkkəb pandemiya şəraitində bankların mübadilə məntəqələrinin işinin effektiv təşkili, bazarla açıq kommunikasiya tez bir zamanda stabilliyə nail olmağa imkan vermişdir. Sonradan neftin dünya qiymətinin nisbi bərpası və tərəfdaş ölkələrin valyuta bazarında sabitləşmə nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarında sabitliyi dəstəkləmişdir.
Cari ildə də manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur.
Manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 11 ayda manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 8.8%, real effektiv məzənnəsi isə 6.3% bahalaşmışdır. Qeyd edək ki, 2014-cü ilin sonundan bəri real effektiv məzənnə 29.5% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir göstərən amildir.
İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcəkdir.
Pul siyasəti yürüdülərkən manatın məzənnəsinin inflyasiyaya qısa və ortamüddətli ötürücülüyü diqqətdə saxlanılacaqdır. İstehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaqdır. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcəkdir. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaqdır.
Bəyanatda vurğulanıb ki,2021-ci ildə də pul siyasətinin prioritet məqsədini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi təşkil edəcəkdir. İnflyasiyaya təsir imkanlarını gücləndirmək istiqamətində islahatlar davam etdiriləcəkdir.
Həmçinin oxu
Mərkəzi Bankın 2021-ci il üçün BƏYANATIMüştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
53 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
55 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır










.jpg)











.jpg)

