AccessBank-ın İdarə Heyətinin yeni Sədr müavini təyin olunub
AccessBank-ın Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin yeni Sədr müavini və Baş Biznes İnzibatçısı (CBO) vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor Tariyel İsmayılov təyin olunub. Bu barədə “Marja”ya Bankdan bildirilib.
T.İsmayılov AccessBank-da uğurlu fəaliyyətini 2003-cü ildə Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək T.İsmayılov 2006-cı ildə “Gəncə” filialının rəhbəri vəzifəsinə yüksəlir. Daha sonra o, regional menecer və departament rəhbəri vəzifələrində çalışdıqdan sonra, 2013-cü ildə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.
Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir. T.İsmayılov “İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























