Neft ölkəsi 20%-dən çox devalvasiyaya getdi
İraq, iqtisadiyyatını canlandırmaq hədəfilə İraq dinarını 20% devalvasiya etdi. Beləliklə, ölkədə 2003-cü ildən bu yana ilk dəfə devalvasiya qərarı verilib. Ölkədə Dolların rəsmi qiyməti 1.190 dinardan 1.460 dinara yüksəlib.İraq, iqtisadiyyatını canlandırmaq, yerli istehsalı və özəl sektoru daha da aktivləşdirmək ümidilə pul vahidi İraq dinarını 22% devalvasiya edib (ucuzlaşdırıb).
Marja xəbər verir ki, bu barədə qərarı İraqın Maliyyə naziri Əli Allavi açıqlayıb.
Nazirin İraq dövlət televiziyasnda etdiyi açıqlamaya görə, neft satışlarından əldə edilən valyuta ehtiyatlarına nəzarət edən İraq Maliyyə Nazirliyi, İraq Mərkəzi Bankına ehtiyatlarından 1.450 dinardan dollar satışı edəcək. İraq Mərkəz Bankı da yerli banklara ən çox 1.460 dinardan dollar təklifə edəcək.
Bugünədək ölkədəki rəsmi məzənnə 1.190 səviyyəsində idi. Beləliklə, 22% əviyyəsində devalvasiya həyata keçirilib, 2003-cü ildən bu yana da İraq dinarında ilk dəfə devalvasiya baş verib.
Ölkədə iqtisadi fəaliyyətdə durğunluq və ciddi bir büdcə kəsiri mövcuddur. Devalvasiya qərarından öncə ölkənin 2021-ci büdcə kəsirinin 84 milyard dollar səviyyəsində reallaşması nəzərdə tutulurdu.
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İraq iqtisadiyyatı 2020-ci ildə 12% azalacaq. Fond, ölkənin büdcə kəsiribib milli gəlirə nisbətinin 22% olacağını nəzərdə tutur.
Qeyd edək ki, İraq valyuta gəlirlərinin 90%-ni xam neft satışından əldə edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























