"Qarşıdakı 3 ay çox kritikdir"
“Qışın gəlməsi ilə bütün Avropada COVİD-19-a yoluxma sayında artım oldu. Azərbaycanda da oktyabrdan koronavirusa yoluxmada sürətli artım qeydə alınıb. Amma son 10 gündə gündəlik təxminən 4000 say ilə yoluxma nisbətən stabilləşib”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O qeyd edib ki, karantin rejiminin sərtləşməsi ilə bağlı qərar insanları qorumaq üçündür: “Hökumət hər qərarında insanların sağlamlığını və iqtisadi vəziyyəti nəzərə alır. Bütün dünyada belədir. Fransada 50 mindən çox yoluxma olduğu üçün çox sərt karantin olmuşdu. Pandemiya əvvəldən onu göstərdi ki, yoluxmanın azalması üçün bu cür qərarlardan başqa bir “silah”ımız yoxdur. Bu cür qərarlar nə qədər çox olursa, yoluxma o qədər artır. Qərardan təxminən 1 həftə keçəndən sonra yoluxmanın sayı azalmağa doğru gedir. Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalıyıq. Normalda ölməyəcək adamlar səhiyyə üzərindəki yükə görə, evdə müalicə olunuğu və xəstəxanaya, oksigenə çata bilmədiyi üçün ölür. Bu səbəbdən yoluxma sayının azalması lazımdır”.
H. Harmancı əlavə edib ki, qarşıdakı 3 ay çox kritikdir: “Çünki yazdan etibarən artıq peyvənd daha çox olacaq. Gənc adamlar peyvənd olunduqca yoluxma da azalacaq. Bu səbəbdən qış bitənə qədər bunlara davam etməliyik”.
ÜST Azərbaycanda beynəlxalq vaksin planı hazırlanmasına texniki dəstək verir
Hande Harmancı bildirib ki, “Yeni vaksinlərlə bağlı məsələ hələ çox yenidir. ÜST vaksinlərlə bağlı məsələni yaxından izləyir. ÜST vaksinlərin bir araya gətirib alınması və istifadəsi ilə bağlı tövsiyələrini yaxın vaxtlarda açıqlayacaq”.
Onun sözlərinə görə, ÜST indiyə qədər vaksinlərlə bağlı məsələlərdən razıdır: “İndiyə qədər olan nəticələr çox müsbətdir. Hansı vaksin Azərbaycana gəlsə, faydalı olacağını düşünürük. Amma daha spesifik açıqlamanı ÜST edəcək. Hazırda Azərbaycanda beynəlxalq vaksin planı hazırlanır. Biz də texniki dəstək veririk. Bir ekspertimiz çox yaxın vaxtda Azərbaycana gəlib bu məsələ ilə bağlı dəstəyini göstərəcək. Planlar hazırlanandan sonra açıqlana biləcək ki, hansı vaksindən nə qədər alınacaq, necə istifadə olunacaq”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





