Rusiya Müdafiə Nazirliyi atəşkəsin pozulduğunu təsdiqlədi
Rusiya Müdafiə Nazirliyi atəşkəs rejiminin Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən və bölgədə Rus sülhməramlıları əməliyyata başlayandan bəri ilk dəfə pozulduğunu təsdiqləyib.
Marja xəbər verir ki, Rusiyanın TASS agentliyinin yaydığı məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin şənbə günü dərc olunmuş bülletenində deyilir.
"Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiyanın sülhməramlı əməliyyatının başlanmasından bəri ilk dəfə atəşkəs pozulub. Rusiya sülhməramlı qüvvələrinin kontingenti Dağlıq Qarabağ ərazisindəki tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edir. Dekabrın 11-də Hadrut bölgəsində atəşkəsin pozulması ilə bağlı bir hadisə qeydə alınıb", - bülletendə bildirilir
Bundan başqa, düşmən mətbuatı yazır ki, guya Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hücuma keçdiyi barədə məlumat yayıb.
"Azərbaycan tərəfi, Artsax Respublikasının (qondarma respublika -red) Köhnə Tağlar - Çaylaqqala yaşayış məntəqələri istiqamətində hücum əməliyyatları edib",- məlumatda deyilir.
Ermənistan mətbuatının yaydığı məlumata görə, guya Azərbaycan Ordusu Köhnə Tağlar kəndini tutub. Hazırda Çaylaqqala uğrunda döyüşlər davam edir.
Toqquşma sahəsinin Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olmadığı da bildirilir.
Qeyd edilib ki, hər iki yaşayış məntəqəsi, Rusiya Federasiyası Müdafiə Nazirliyinin xəritələrində Azərbaycanın nəzarətində olaraq göstərilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında qalıb.
"BU DƏFƏ BİZ ONLARI TAMAMİLƏ DARMADAĞIN EDƏCƏYİK"
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev bildirib:
“Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib (Hadrutda baş vermiş hadisələr - red). Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. Anji bir veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq”.
XXX
Минобороны России сообщило о первом случае нарушения режима прекращения огня в Карабахе
МОСКВА, 12 декабря. /ТАСС/. Режим прекращения огня впервые нарушен в Нагорном Карабахе с момента завершения боевых действий и начала миротворческой операции РФ в регионе. Об этом говорится в опубликованном в субботу бюллетене Минобороны России.
"Российским контингентом миротворческих сил продолжается выполнение задач на территории Нагорного Карабаха. На двадцати трех наблюдательных постах российскими миротворцами ведется круглосуточный мониторинг обстановки и контроль за соблюдением режима прекращения огня. 11 декабря зафиксирован один случай нарушения режима прекращения огня в Гадрутском районе", - говорится в бюллетене.
Ранее в субботу Минобороны Армении сообщило о начале 12 декабря наступательных действий Азербайджана на юге Карабаха в направлении сел Хин Таглар и Хцаберд.
9 ноября президент РФ Владимир Путин, президент Азербайджана Ильхам Алиев и премьер-министр Армении Никол Пашинян подписали совместное заявление о полном прекращении военных действий в Нагорном Карабахе. Как сообщил российский лидер, азербайджанская и армянская стороны останавливаются на занятых позициях, а в регионе размещаются российские миротворцы.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
-
18 d. əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
2 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Ən çox oxunanlar
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
























