"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək"
"Bunun arxasında hər hansı başqa məqsəd yoxdur. Yeri gəlmişkən, xatırlamıram ki, Rusiyanın xarici işlər naziri kimi çalışdığım illər ərzində iranlı həmkarlarımla çoxsaylı təmaslarımızda Qarabağ mövzusuna maraq göstərilib və məsləhətləşmələrimizdə və ya danışıqlarımızda bu məsələ yer alıb".
"RİA "Novosti"nin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, İranın narahatlığını başa düşür, çünki Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək, xüsusən də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib.
"Uzun illərdir, hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır.
Noyabrın 9-da Azərbaycan Ermənistan və Rusiya liderlərinin ortaq bəyanatında da İran təşəbbüskarı olduğu əsas istiqamətlər açıq şəkildə göstərilib", - deyə Lavrov qeyd edib.
Həmçinin Sergey Lavrov deyib: “Qarabağda münaqişənin həlli formatı ilə bağlı seçim Azərbaycan və Ermənistanın üzərinə düşürdü, bəyanat iştirakçılarının tərkibi də, İranın təqdim etdiyi sülh planına diqqət yetirilməməsinin səbəbi də məhz budur”.
Biz indi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya kömək edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Bəyanatdakı iştirakçıların tərkibini də yalnız bu müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola bilməzdi.
İndi vacib olan əldə olunmuş bütün razılaşmaları necə tamamlayacağımızı və qarşıdurma bölgəsini birgə yaşayış bölgəsinə, qonşuluq və əməkdaşlığa çevirəcəyimizi düşünməkdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















