“300 min dollarımı alandan sona məni sərbəst buraxdılar”
Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb.
İstintaqa verdiyi ifadəsini təsdiqləyən zərərçəkmiş bildirib ki, Rusiya ilə İran arasında gübrə alveri ilə məşğul olanlarla işləyib. Onun sözlərinə görə, 2012-ci ildə Dubaydan "Zaminbank"a pul göndəriblər: "Mən həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandım. Maşında sürücüm və həyat yoldaşım da vardı. Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi, ona 300 min manat qaytardım. Həmin vaxt Nərimanın dostundan ev almışdım. Pulu ona çatdıracaqdı. Qalan pulu maşının baqajına qoydum. Bu zaman Nəriman məni çağırdı. Ona tərəf gedəndə bizi əhatəyə alaraq tutdular və MTN-ə apardılar. Məni təqsirləndirilən şəxslərin otağına saldılar. Orada Rəşad adlı şəxs bildirdi ki, bura mənim üçün axırıncı yerdir. Ona etiraz etdim, bildirdim ki, bura dövlətin binasıdır. Məni vətənə xəyanətdə, İrana casusluqda ittiham etdilər".
Zərərçəkmiş qeyd edib ki, sonra M. Əsgərovla aralarında azadlığa çıxmaq üçün pul verməsi barədə söhbət olub: “Ona bunun üçün 100 min manat verəcəyimi dedim. Hansı puldan verəcəyimi soruşduqda cavab verdim ki, onların əlində olan puldan. Onda Mirəziz Əsgərov bu pulun mənə məxsus olmadığını bildirdi. Məni dindirənlərin arasında ən mədənisi Mirəziz Əsgərov idi. Qalanları elə hərəkət edirdilər ki, sanki l MTN-də yox, bazardasan".
Zərərçəkmiş bildirib ki, günün sonuna kimi MTN-də saxlanılıb, sonra izahatı alınmadan sərbəst buraxılıb. Sərbəst buraxılması üçün 300 min dollarını alıblar.
Daha sonra Mirəziz Əsgərovun ondan 100 min dollar tələb etdiyini, 40 min dollara razılaşdığını bildirib. O, 4 ay MTN əməkdaşlarının təqibinə məruz qaldığını qeyd edib: "Mənə İrandakı şirkətin rəhbəri Cəmşidyanla bağlı suallar verdilər, onun SEPAH-ın generalı olduğunu dedilər. Onu iş adamı kimi tanıdığımı, İranda bir çox nüfuzlu şirkət rəhbərləri ilə görüşdüyümü, onlardan da birinin Cəmşidyan olduğunu dedim".
V. Əzizov deyib ki, MTN-də təzyiqlərə məruz qalıb, bir əməkdaş silahı ona tuşlayıb.
Mirəziz Əsgərov zərərçəkmişin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirərək, ona etiraz edib.
Zərərçəkən onu da bildirib ki, MTN-də onu İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, "Eurovision" ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham ediblər.
Mirəziz Əsgərov isə deyib ki, zərərçəkmiş şəxs yalan danışır: "Vidadi Əzizov ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan SEPAH-ın generalı olub. Zərərçəkmiş burada deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bunun da səbəbi həmin vaxt İranın beynəlxalq sanksiyalar altında olmasıdır. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulmasıyla məşğul olurdu”.
Məhkəmə mayın 12-də davam edəcək.
©APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat sonra
- 11 d. əvvəl
-
- 18 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
10 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Ən çox oxunanlar
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb





.jpg)
.jpg)








.jpg)




