“İçərişəhər”də optik şəbəkə istifadəyə verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb.
“Evədək optika” layihəsi çərçivəsində “Baktelecom”un “Azeurotel” telekommunikasiya operatoru tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.
“İçərişəhər” qoruğunda mövcud 1500-ə yaxın mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. “Evədək optika” layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqlar istifadəçilərə ödənişsiz təqdim edilib.
Qeyd edək ki, görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.
Məlumat üçün bildirək ki, hazırda paytaxt və ətraf ərazilərdə “Baktelecom” tərəfindən köhnə və yeni tikililərlə yanaşı, fərdi evlərdən ibarət yaşayış massivlərində optik şəbəkənin qurulması işləri aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 43 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb


























