"Qızıl ucuzlaşdı, lakin ölmədi"
ABŞ-da yenidən gündəmə gələn təşviq paketi işləri qızılın bahalaşmasına səbəb olub.Qızılın qiyməti, sərmayəçilərin ABŞ-da daha bir maliyyə təşviqi paketi üzərində razılaşma olacağına dair gözləntilər ilə yenidən yüksəlib.
Marja xəbər verir ki, Fed sədri Jerome Powell və ABŞ Maliyyə naziri Steven Mnuchin, koronavirusa yoluxma faktlarının yüksəlməsilə əlaqədar olaraq qarşıdakı aylarda iqtisadiyyatın toparlanmağa davam edə bilməsi üçün növbəti təşviq paketinə ehtiyac olduğu mövzusunda həmfikirdilər.
Qızıl, koronavirusa qarşı peyvəndlərin tapılması və risk iştahının artması ilə Noyabrda 2016-cı ildən bu yana ən pis ayını keçirmişdir.
"Oversea-Chinese Banking Group"un iqtisadçısı Howie Lee: "Qızılın bu il yüksəlməsinə səbəb olan yumuşaq pul və maliyyə siyasətləri, rekord aşağı istiqraz faizləri, real faizlərin düşməsi kimi faktorlar hələ dəyişmiş deyil. ABŞ-da koronavira yoluxma faktları artır və peyvəndin nə vaxt vurulacağına baxılmadan daha bir maliyyə təşviqi paketinə ehtiyac olacaq. Qızıl ucuzlaşdı, lakin ölmədi".
Qlobal bazarlarda qızılın unsiyası 2.2% yüksəldikdən sonra Bu gün Bakı vaxtı ilə saat 11:48-də 0.03% artıma 1814,50 dollar səviyyəsində ticarət olunub.
Noyabr ayında qızılın ucuzlaşmasına koronavirusa qarşı peyvəndlərin tapılması, iqtisadi inkişafın bərpa olunacağı gözləntiləri və ABŞ seçkilərinin nəticəsinə dair qeyri-müəyyənliyin azalması səbəb olmuşdu.
Qeyd edək ki, böhran və qeyri-müəyyən vaxtlarda qızılı "etibarlı liman" alışları ilə bahalaşır. Risklər azaldıqda və iqtisadi inkişaf bərpa olunduqda isə qızılın qiyməti geriləyir. Koronavirusa qarşı peyvəndlərin təsirli olması, gələn il karantin tədbirlərinin tam ləğvi və iqtisadi inkişafın bərpa olunacağına dair nikbinliyi artırıb.
Qiymətin 1760-1780 dollar aralığından aşağı düşərsə 1600 dollara qədər enə biləcəyi qeyd olunmuşdu.
2020-ci ilin Avqust ayında qızılın qiyməti əlavə təşviq gözləntiləri, aşağı faizlər, ABŞ ilə Çin arasında artmağa davam edən gərginlik və digər artan geo-siyasi risklər ilə əlaqədar olaraq 2000 dolları aşmış və 2089 dolları görmüşdü.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























