POS-terminalların sayı azalıb
Azərbaycanda POS-terminalların sayı oktyabr ayı ərzində 38 vahid və ya 0,1% azalaraq noyabr ayının 1-nə 57 002 ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 15,5% və ya 10 466 vahid, ötən ilin eyni ayı ilə müqayisədə isə 13,1% və ya 8 606 vahid azalıb.
Məlumata əsasən, POS-terminalların 37 230 ədədi və ya 65,3%-i Bakıda, 19 772 ədədi və ya 34,7%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı oktyabr ayı ərzində 15 ədəd və ya 0,6% artıb. İlin əvvəlindən bankomatların sayı 0,3% və ya 8 ədəd, illik müqayisədə isə 1,6% və ya 43 vahid artıb. Bankomatların 1 392 ədədi və ya 52,4%-i Bakıda, 1 263 ədədi və ya 47,6%-i isə regionlarda quraşdırılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
-
21 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb






























