Bank müştərilərinin artım sürəti yavaşlayıb, korporativ müştərilər azalıb
Bank müştərilərinin artım sürəti yavaşlayıb, korporativ müştərilər azalıb
Bank müştərilərinin sayı 2020-ci ilin 10 ayı ərzində 832 min 501, Oktyabr ayında isə 89 min 174 artaraq 8 milyon 850 min 82-yə çatıb. Ötən ilin sonunda bank müştərilərinin sayı 8 milyon 17 min 581, Oktyabr ayının sonunda isə 8 milyon 760 min 908 idi. Artım fiziki şəxs, o cümlədən sahibkarlıqla məşğul olan müştərilərin artması ilə əlaqədardır.
ARTIM TEPMİ AŞAĞI DÜŞÜB
2019-cu ilin 10 ayında bank müştərilərinin sayı 1 milyon 509 min 955, Oktyabr ayında isə 122 min 4 artmışdı. Beləliklə, 2020-ci ilin 10 ayı ərzində, o cümlədən Oktyabr ayında bank müştərilərinin artım sürəti aşağı düşüb.
ŞİRKƏT OLAN MÜŞTƏRİLƏR AZALIB
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 10 ayı ərzində fiziki şəxs müştərilərin sayı 837 min 223 artaraq 8 milyon 737 min 525-ə, o cümlədən sahibkarlıqla məşğul olanlar müştərilərin sayı 47 min 634 artaraq 375 min 838-ə yüksəlib. 10 ay ərzində hüquqi şəxs bank müştərilərinin sayı isə 4 min 722 azalaraq 112 min 557-yə geriləyib. Sentyabr ayının sonu ilə müqayisədə Oktyabr ayında hüquqi şəxs bank müştərilərinin sayı isə 2 min 520 azalıb. Sentyabr ayının sonunda hüquqi şəxs bank müştərilərinin sayı 115 min 77 idi.
OKTYABRDA ŞİRKƏTLƏRİN CARİ HESABLARI KƏSKİN AZALIB
Hüquqi şəxslərin cari hesabları 2020-ci ilin 10 ayı ərzində 24 min 736, Oktyabr ayı ərzində isə 25 min 783 azalaraq 232 min 534-ə geriləyib. Hüquqi şəxslərin cari hesabları 2019-cu ilin sonunda 257 min 270, 2020-ci ilin Sentyabr ayının sonunda isə 258 min 317 təşkil etmişdi.
KREDİT HESABLARI AZALIB
Kredit hesabları 2020-ci ilin 10 ayı ərzində 101 min 24, depozit hesabları isə 38 min 466 azalıb. Kredit hesablarında azalma Oktyabr ayında da davam edib (8 min 85 azalma).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
- 23 d. əvvəl
-
27 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb




























