Bank BTB Füzuli rayonunda filialını açacaq
(®️) Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı.
Bank BTB-nin İdarə Heyəti bankın filial şəbəkəsini genişləndirərək işğaldan azad olmuş Füzuli rayonunda müasir tələblərə və standartlara uyğun filial açacağı ilə bağlı qərar qəbul edib.
Füzuli rayon ərazisinin düşməndən təmizlənməsi prosesi və vətəndaşlarımızın normal şəraitdə yaşayışı üçün bərpa işləri yekunlaşdıqda Bank BTB bütün sakinlərə mövcud bank xidmətlərini göstərəcəkdir. Bank BTB-nin yeni üslubda qurulacaq Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ əmanətlər, kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edəcəkdir. Bölgə sakinləri bankımızın kənd təsərrüfatının inkişafına dəstək olmaq üçün təqdim etdiyi güzəştli şərtlərlə müxtəlif kredit məhsullarındanda yararlana biləcək.
Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.
Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 32 d. əvvəl
-
36 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























