Azərbaycanda bank kartlarının sayı 9 milyon ədədi keçib
Azərbaycanda ödəniş kartlarının ümumi sayı 9 milyon ədəd səviyyəsini də keçib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Oktyabr ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 126 min ədəd təşkil edib. Sentyabr ayının sonunda ödəniş kartlarının ümumi sayı 8 milyon 967 min ədəd idi.
Oktyabr ayında cəmi ödəniş kartlarının sayı 159 min ədəd artıb. O cümlədən, sosial kartların sayı 16 min ədəd artaraq 3 milyon 424 min ədədə, əməkhaqqı kartlarının sayı 7 min ədəd artaraq 2 milyon 480 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 127 min ədəd artaraq 2 milyon 156 min ədədə, kredit kartlarının sayı isə 9 min dədə artaraq 1 milyon 66 min ədədə çatıb.
2020-ci ilin 10 ayı ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 860 min ədəd artıb. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci ilin 10 ayı ərzində sosial kartların sayı 1 milyon 41 min ədəd, əməkhaqqı kartlarının sayı 164 min ədəd, digər debet kartlarının sayı 387 min ədəd, kredit kartlarının sayı isə 269 min ədəd artıb.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
1 saat əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























