Risk iştahının artması ilə dollar ucuzlaşmaqda davam edir
Kovid-19 peyvəndi ilə bağlı gələn müsbət xəbərlər fonunda investorlarda risk iştahının artması ilə dollar dünya birjalarında ucuzlaşmaqda davam edir.
AVRO 1.19 HƏDLƏRİNDƏ
Dolların dünya birjalarında dəyər itirməsilə EUR/USD cütlüyü yenidən 1.19 hədlərini test etdi. Təhlillərə əsasən, EUR/USD məzənnəsi əgər 1.1919 həddini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.1965 və 1.1995 səviyyələri ola bilər.
FUNTDA BAHALAŞMA PROQNOZLARI
Cari ticarət həftəsinə artımlarla başlayan GBPUSD cütlüyü 1.34 hədlərində ciddi müqavimətlə rastlaşdı. Hazırda dünya birjalarında 1.3350 hədlərində ticarət edilən GBPUSD cütlüyündə qiymət əgər 1.3397 səviyyəsini qırarsa, qarşısında duran əsas müqavimət həddi kimi 1.3482 həddi ola bilər.
QIZILA TƏLƏB AZALIB
Maliyyə bazarlarında artan risk iştahı fonunda qızıla tələbin azalması müşahidə edilir. Cari ticarət həftəsinə enişlərlə başlayan qiymətli metalın bir unsiyası hazırda dünya birjalarında 1805$-dan təklif edilir. Qiymət əgər $1800 səviyyəsini qırarsa, növbəti hədəfləri 1783$ və 1757$ səviyyələri ola bilər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da iqtisadi inkişaf səviyyəsivə, əmək bazarı, həmçinin saat 19:00-da daşınmaz əmlak bazarı ilə bağlı statistik rəqəmlərin dərci gözlənilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















