Lombardların fəaliyyətinə dair təklif olunan yeniliklər açıqlanıb - BUNLAR QADAĞAN EDİLƏCƏK
“İşçi qrup tərəfindən “Lombardlar haqqında” qanun layihəsi üzərində təkmilləşdirmə işləri aparılıb”.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, “Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşa hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Əli Məsimli deyib.
Komitə sədrinin müavini bildirib ki, bu işlər əsasən iki istiqamətdə aparılıb:
“Birincisi, lombard xidmətlərindən istifadə edən borcalanın hüquqi müdafiəsinin gücləndirilməsidir. Bununla artıq lombard tərəfindən kənar şəxslərdən maliyyənin yalnız təminat müqabilində cəlb edilə bilməsi mümkün olacaq. Eyni zamanda verilən kreditlərə görə faizdən başqa hər hansı ödənişin, xərcin tələb olunması, kreditlər üzrə müştərinin öhdəliyinin xarici valyutaya indeksə olunması qadağan ediləcək. Həmçinin qüvvədə olduğu müddətdə kredit müqaviləsinin şərtlərinin müştərinin ziyanına dəyişdirilməsinə yol verilməyəcək. İkincisi, lombardların fəaliyyətinin təhlükəsizliyinin gücləndirilməsi və dövlət nəzarəti altına alınması ilə əlaqədar tənzimləmə və nəzarət proseslərinin sadələşdirilməsidir. Bununla lombard fəaliyyətinə icazənin lisenziyalaşdırma yolu ilə deyil, Mərkəzi Bankda xüsusi reyestrə daxil edilməsi və lombard şəhadətnaməsi verilməsi ilə dövlət nəzarətə götürüləcək”.
Deputat nəzərə çatdırıb ki, qanun layihəsinin yeni redaksiyasına əsasən, Azərbaycanda lombardlara nəzarətdəki boşluq aradan qalxacaq, onların fəaliyyəti qanunla tənzimlənəcək:
“Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunacaq. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların real sayı məlum deyil. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən lombardlar Mərkəzi Bankda qeydiyyatdan keçib reyestrə daxil ediləcək”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 d. əvvəl
-
- 25 d. əvvəl
-
29 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























