AZAL-dan xəbərdarlıq: “Alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər”
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindan MArja-ya daxil olmuş məlumatda bildirilir ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başladı. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
AZAL sərnişinlərinə xatırladır ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.
- Bakıdan Naxçıvana reyslər üçün:
• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
• WhatsApp: +99455 204 65 54
- Naxçıvandan Bakıya reyslər üçün:
• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220
• WhatsApp: +994 60 487 30 11
Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.
Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.
“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























