“AFB Bank” Şuşada filial açmağa qərar verdi
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC düşmən işğalından azad edilən Şuşa şəhərində filial açmağa qərar verib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi torpaqlarımız erməni işğalçılarından azad edildikdən sonra həmin ərazilərdə infrastrukturun bərpası işlərinə başlanılmışdır. Şuşa şəhəri və ətraf rayonların əhalisinin innovativ Bank xidmət və məhsulları ilə təmin etmək üçün AFB Bank Qarabağımızın incisi Şuşa şəhərində filial açmağı planlaşdırır. Yeni açılması planlaşdırılan filialda müştərilərə əmanət və cari hesabların açılması, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, hesablaşma-kassa əməliyyatları, kommunal, rabitə və başqa bütün növ xidmətlərin ödənişləri və digər bank xidmətləri təklif ediləcək.
Hazırda 9 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
57 d. əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























