Kapital Bank fiziki şəxslər üçün də onlayn növbə xidmətini təqdim etdi
(®️) Kapital Bank müştəri məmnuniyyətinin artırılması, həmçinin xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə hər zaman yeniliklər və rahatlığı təmin edən funksiyalar təqdim edir. Bu dəfəki yenilik Bankın 3 milyondan artıq fiziki şəxs müştərilərinə aiddir. Belə ki, Kapital Bank onlayn növbə xidmətini təqdim edərək, müştərilərin filiallarda gözləmə vaxtını minimuma endirir.
Onlayn növbə xidməti vasitəsilə müştərilər öncədən müəyyən edilən gündə və saatda seçdikləri filiala gələrək, xidmət ala bilərlər. Bankın elektron növbə sistemi ilə təchiz olunan filial və şöbələrində arzu olunan vaxtı rezerv etməklə, filialda növbənin olub-olmamasından asılı olmayaraq təyin olunan vaxtda xidmət almaq mümkündür.
Yeni xidmətdən yararlanmaq üçün Kapital Bank-ın korporativ saytında olan müvafiq bölməyə daxil olmaq və orada verilən xüsusi şifrəni nəzərə almaq lazımdır – https://www.kapitalbank.az/online-queue. Daha sonra təyin olunan vaxtda filial və ya şöbəyə yaxınlaşdıqda təqdim edilən şifrəni elektron növbə terminalına daxil edərək, sıra nömrəsi götürmək lazımdır.
Həmçinin 1 milyondan artıq istifadəçisi olan, ölkənin ən məşhur mobil tətbiqi sayılan BirBank-da da onlayn növbə xidmətindən istifadə etmək mümkündür. Müştərilərə rezerv etdikləri vaxtdan 5 dəqiqə əvvəl filiala yaxınlaşmaq tövsiyə olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 d. əvvəl
-
- 25 d. əvvəl
-
29 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb




























