"Qlobal iqtisadiyyat dərin bir böhranla qarşı-qarşıyadır"
BVF, 2020-ci ilə aid İllik Hesabatında qlobal iqtisadiyyatın yeni növ koronavirus (Kovid-19) pandemiyasının təsirilə dərin bir böhran ilə qarşı-qarşıya olduğunu bildirib.Beynəlxalq Valyuta Fondu (IMF, BVF), 2020-ci ilə aid İllik Hesabatını "Bənzəri Olmayan Bir İl" başlığı ilə yayımlayıb.
Marja xəbər verir ki, hesabatda, qlobal iqtisadiyyatın yeni növ koronavirus (Kovid-19) pandemiyasının təsirilə dərin bir böhranla qarşı-qarşıya olduğu qeyd edilib.
İqtisadiyyatla bağlı qeyri-müəyyənliyin olduğu vurğulanan hesabatda, iqtisadi durğunluq, işsizlik, iqlim dəyişikliyi, texnologiya və avtomatlaşma, rəqəmsal pul vahidlərinin yüksəlişi, artan bərabərsizlik və borcla dünyanın hər yerində insanın həyatında dərin dəyişikliklərin yaşandığı qeyd edilib.
Hesabatda, hökumətlərin pandemiyanın təsirlərinə qarşı iqtisadiyyatı dəstəkləmək üçün "cəsur" addımlar atdığı xatırladılaraq, təxminən 12 trilyon dollarlıq maliyyə və 7,5 trilyon dollarlıq monetar tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Dünyanın qarşı-qarşıya olduğu böhrana qarşı BVF-nin götürdüyü tədbirlərə də toxunulan hesabatda, BVF-nin 2020 maliyyə ilində 49 aşağı gəlirli ölkəyə 16,1 milyard dollarlıq imtiyazlı maliyyə daxil 83 ölkəyə 165 milyard dollarlıq maliyyə dəstəyi təmin etdiyi məlumatı verilib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
9 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
9 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
16 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)








.jpg)








