AFBİA-nın İdarə Heyətinin yeni üzvləri və sədri seçilib
30 oktyabr 2020-ci ildə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir.
Marja xəbər verir ki, Ümumi Yığıncağın gündəliyində duran məsələlərdən biri də növbəti iki il müddətinə Assosiasiyanın İdarə Heyətinin üzvlərini və İdarə Heyətinin sədrini seçmək olmuşdur.
Belə ki, Ümumi Yığıncaqda əldə olunmuş qərara əsasən Assosiasiyanın İdarə Heyətinin üzvlüyünə əvvəlki 5 üzvdən əlavə “BTB Kapital İnvestisiya Şirkəti” ASC və “Unicapital İnvestisiya Şirkəti” ASC də qəbul olunmuşdur. Bununla da Assosiasiyanın İdarə Heyətinin üzvlərinin sayı 7-ə çatmışdır: Bakı Fond Birjası QSC, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, “AzFinance İnvestisiya Şirkəti” QSC, “BTB Kapital İnvestisiya Şirkəti” ASC, “İnvestAZ İnvestisiya Şirkəti” QSC, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC.
Daha sonra Assosiasiyanın növbəti 2 il müddətinə İdarə Heyətinin sədrinin seçilməsi üzrə səsvermə keçirilmişdir. Səsvermənin nəticəsi olaraq, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev AFBİA-nın İdarə Heyətinin növbəti iki il müddətinə sədri seçilmişdir. Bu münasibətlə Ceyhun Hacıyevi təbrik edir, yeni vəzifəsini uğurla icra etməsini arzu edirik. Həmçinin son 6 ildə əldə olunmuş uğurlara görə bu dövrdə İdarə Heyətinin sədri olmuş Ceyhun İbrahimova təşəkkürümüzü bildirir, gələcək iş fəaliyyətində də yeni uğurlar arzu edirik.
Qeyd edək ki, Ümumi Yığıncağın sonunda yeni lisenziya almış “ABB İnvest İnvestisiya Şirkəti” ASC-nin müraciəti əsasında, bu şirkətin Assosiasiyanın üzvlüyünə daxil olunması ilə bağlı qərar qəbul edilmişdir. Hazırda ölkəmizdə müvafiq lisenziyaya uyğun fəaliyyət göstərən bütün investisiya şirkətləri, həmçinin Bakı Fond Birjası QSC və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi Assosiasiyanın üzvüdür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)









.jpg)


