Zəmanət və faiz subsidiyasının tətbiqi ilə verilən kreditlərin məbləği açıqlandı
Məlum olduğu kimi, koronavirus pandemiyasının iqtisadiyyata təsirinin minimallaşdırılması və bu dövrdə sahibkarlığın dəstəklənməsi istiqamətində dövlət tərəfindən xüsusi proqramlar çərçivəsində dəstək göstərilir. O cümlədən, maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlara güzəştli kreditlərin verilməsi həyata keçirilir.
İpoteka və Kredit Zəmanət Fondu (Fond) da pandemiyanın iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə sahibkarlığın dəstəklənməsi işini elektron sistem üzərindən sürətli mexanizm vasitəsilə reallaşdırır.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində Fondun xətti ilə sahibkarlara verilən kreditlərin həcmi sürətlə artır. Belə ki, oktyabr ayında Fondun zəmanəti ilə sahibkarlar 58,6 mln. manatdan çox kredit əldə edib. Bununla da bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlara verilən kreditlərin məbləği 180 milyon manatı ötüb.
Zəmanət verilmiş kreditlərin orta müddəti 31 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6,5% təşkil edir. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2700-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Fondun zəmanəti hesabına bir borcalana verilən kreditlərin məbləği 40 min manatdan 5 milyon manatadək təşkil edib.
Qeyd edək ki, dövlət tərəfindən nəinki pandemiya, postpandemiya dövründə də sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması istiqamətində tədbirlər davam etdiriləcək. Nəticədə bu, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun dəstəklənməsi, bu sahədə yeni iş yerlərinin yaradılmasına təkan verməklə bütövlükdə sektorun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasının uğurla həyata keçirilməsinə şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 26 d. əvvəl
-
30 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























