Türkiyənin iri bankının Azərbaycandakı törəməsində depozitlər kəskin artıb
Türkiyənin iri bankının Azərbaycanda törəməsi olan “Ziraat Bank Azərbaycan” ASC-də müştərilərin depozitləri kəskin artıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin yanvar - sentyabr dövründə “Ziraat Bank Azərbaycan”da cəmi depozitlər 49 milyon 518 min manat və ya 57,8% artaraq 30 Sentyabr 2020-ci il tarixində 135 milyon 159 min manata çatıb. Ötən ilin 30 Sentyabr tarixi ilə müqayisədə isə cəmi depozitlər 70,4% artıb.
“Ziraat Bank Azərbaycan”da 30 Sentyabr 2019-cu il tarixində cəmi depozitlər 79 milyon 332 min manat, 31 Dekabr 2019-cu il tarixində isə 85 milyon 641 min manat təşkil etmişdi.
Son 1 ildə “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin tələbli depozitləri 76% artaraq 22 milyon 53 min manata, fiziki şəxslərin müddətli depozitləri isə 16,4% artaraq 49 milyon 483 min manata çatıb. Hüquqi şəxslərin tələbli depozitləri 2,6 dəfə artaraq 41 milyon 909 min manata, hüquqi şəxslərin müddətli depozitləri isə 2,7 dəfə artaraq 21 milyon 713 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 26 d. əvvəl
-
30 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























