Bakının 3 qəsəbəsinin memarlığı üzrə müsabiqə elan edildi - 60 MİN MANAT MÜKAFAT
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Ramana, Pirşağı və Əmircan qəsəbələrinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqə elan etdi. Müsabiqə proqramı “Abşeron Siması” (www.absheronsimasi.az) saytında təqdim edildiAbşeron yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz mədəniyyət nümunələri ilə zəngin olmuşdur. Burada yerləşən və uzaq keçmişdən müasir dövrümüzədək gəlib çıxmış dəyərli tarixi-memarlıq abidələri özündə Şərq və Qərb memarlığının nümunələrini birləşdirir, müxtəlif mədəniyyət və sivilizasiyalarının izlərini yaşadır. Son illər ölkəmizin bütün ərazisində olduğu kimi, Bakıda və yerləşdiyi Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Marja-ya daxil olmuş məlumata görə, görülən işlərə təkan vermək, Abşeronun memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq, həmçinin özünəməxsus rəng çalarlarını yenidən canlandıraraq gələcək nəsillərə ötürmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə, Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan “Abşeron qəsəbələrinin memarlıq siması” adlı memarlıq müsabiqəsi elan edilir. Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana, Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Ümumi mükafat fondu 60000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər.
İştirakçılar yuxarıda qeyd olunan qəsəbələrdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 25 noyabr 2020-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 10 dekabr 2020-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.
21 dekabr 2020-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibinə 10000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə iştirak pulsuzdur.
Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaqdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırladığı “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini (www.absheronsimasi.az) ziyarət edərək tanış olmağa dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib



















