"QoldenPey" öz təcrübəsini AZEXPORT.AZ ilə bölüşəcək!
Bugün ADA Universitetində AZEXPORT.AZ portalının təqdimatı keçirilib.
Sözügedən portal yerli istehsalçılara aid mal və xidmətlərin xarici bazarda satışını stimullaşdırmaq üçün nəzərdə tutulub. Portal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən çox qısa vaxt ərzində ərsəyə gətirilib.
Portalın qeyri-neft sektorunun inkişafına böyük töhvə verəcəyi ehtimal olunur. Burada sahibkarlar üçün nəzərdə tutulan ən vacib xidmətlərə nəzər salaq:
- Yerli sahibkar və istehsalçıların xaricə mal və ya xidmətləri satmaqda yaşadıqları ən böyük çətinlik xarici alıcıya məhsulu haqqında məlumat çatdırmaqdır. Bu problem AZEXPORT.AZ vasitəsi ilə həll ediləcək. Portalın xaricdə aktiv kommunikasiya və tanıdılması planları ilə yanaşı təsisçilər onu Alibaba-da qızıl satıcı proqramına daxil edib. Həmçinin portalda yerləşdiriləcək məhsullar dünya və əsasən MDB üzrə 16 milyondan çox alıcısı olan AllBiz portalına da, avtomatik olaraq əlavə olunacaq.
- Sahibkarlarların üzləşdiyi problemlərdən biri də, satış prossesinin alıcı ilə idarə olunmasıdır. Burada ən böyük çətinlik dil baryerinin mövcudluğudur. Portal bu problemi onlayn tərcüməçi xidməti ilə həll edəcək. Belə ki, satıcı müştəri ilə kommunikasiyada problemlə üzləşdiyi zaman portalın tədqim etdiyi onlayn tərcüməçi xidmətindən yararlanaraq satışı reallaşdıra biləcək.
- Ödəmələrin alınması məsələsində portal yerli prosessinq mərkəzləri və beynalxalq ödəniş sistemləri ilə əməkdaşlıq edəcək. Visa və Mastercard ilə ödəniş, həmçinin onlayn ödənişlər zamanı riskləri minimuma endirən Escrow, eləcə də, PayPay vasitəsi ilə ödənişlər mümkün olacaq.
- Logistika baxımından da, seçimlər olduqca genişdir. Beynalxalq və yerli poçt xidmətlləri olmaqla AZEXPORT.AZ vasitəsi ilə alınan mallar FedEx, UPS, Azerpoçt və DHL vasitəsilə alıcıya çatdırılacaq.
Bu portal üç mərhələdə istifadəçilərin ixtiyarına veriləcək. Birinci mərhələdə portalda Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarlar, müəssisələr haqqında məlumat yer alacaq. Yəni, yerli istehsal olunan mallar barədə məlumatlar vahid bazada toplanacaq.
Portalda məlumatlar Azərbaycan, rus və ingilis dillərində olacaq ki, bu da xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların yerli istehsal olan məhsullarla tanış olmasına imkan verəcək. Xarici sahibkar portala daxil olmaqla yerli məhsulların istehsal yeri, qiyməti və keyfiyyət göstəriciləri ilə bağlı məlumat əldə edə biləcək. Növbəti mərhələdə portala onlayn ödəniş və logistika əlavə olunacaq. Bununla da, xarici ölkələrdəki iş adamları yerli məhsulların sifarişini verə biləcək və bu məhsullar qısa müddət ərzində sifarişçiyə çatdırılacaq.
Portalda hər bir sahibkar üçün “şəxsi kabinet” yaratmaq mümkün olacaq. Sahibkarlar “şəxsi kabinet”ə daxil olmaqla öz məlumatlarını sayta yerləşdirə biləcək. Növbəti addım kimi portal vasitəsi ilə sahibkarların bir-biri ilə əlaqə yaratması təmin ediləcək. Bununla da, sahibkarlar istədikləri malları elektron qaydada sifariş verə biləcək. Eyni zamanda, məhsulların daşınması, sığortası məsələsi də öz həllini tapacaq. Elektron portal sahibkarların xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Çünki, sahibkar istədiyi məhsulu seçərkən vaxt itirməyəcək və vasitəçi olmadan münasib qiymətə ala biləcək. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə elektron ticarətin inkişafı ilə nəticələnəcək və sahibkarların dünya bazarına çıxışını asanlaşdıracaq.
Ölkənin ilk onlayn ödəmə platforması olan GoldenPey 10 il ərzində topladığı təcrübəni AZEXPORT.AZ komandası ilə bölüşəcək. GoldenPay “şirkətinin idarəedici partnyoru Fərid İsmayılzadə bildirib ki, Azərbaycanın ən böyük internet şirkəti olaraq belə bir tədbirdə iştirak etmək təmsil etdiyi qurumun strateji hədəflərinə daxildir.
“Biz Azexport.az portalına dəstəyi yalnız iştirakla məhdudlaşdırmaq istəmirik. Onun uğurlu olması üçün təcrübəmizi , texniki və digər imkanları bölüşməyə hazırıq. Hesab edirəm ki, portalın xaricdə tanıdılması xüsusilə vacibdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 d. əvvəl
- 16 d. əvvəl
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Buğda qiymətlərində artım başlayıb
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Ən çox oxunanlar
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib




.jpg)
.jpg)









.jpg)







