Səudiyyə Ərəbistanından xoş xəbər gəldi - Azərbaycan məhsuluna icazə verildi
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu və AMEA-nın Təcrübə Sənaye Zavodunun əməkdaşlığının yeni uğuru. “Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyatdan keçib. Bu barədə "Marja"ya İnstitutdan bldirilib.
AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda uzun illərdir ki, akademik Vaqif Abbasovun rəhbərliyi ilə müalicəvi Naftalan neftinin geniş tədqiqatları aparılır. 2003-2016-cı illərdə onun rəhbərliyi ilə bu neftin tədqiqatlarına və təmizlənmə texnologiyasının işlənib hazırlanmasına aid kimya, mühəndislik və mikrobiologiya üzrə üç fəlsəfə doktoru hazırlanmışdır.
Neft-Kimya Prosesləri İnstitutunda hazırlanmış “Ağ Naftalan yağı”nın alınma texnologiyası işlənib hazırlanmış və AMEA-nın Təcrübə Sənaye Zavodunda təcrübə-sənaye miqyasında mənimsənilmiş və təcrübə-sənaye istehsalı təşkil olunmuşdur.
2014-cü ilin oktyabrın 23-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onu xaricə istifadə üçün dərman preparatı kimi qeydə almışdır (DV № 15-00133).
Yeni bir xoş xəbər Səudiyyə Ərəbistanından gəlmişdir. Üç ilə yaxın tədqiqatlardan sonra Səudiyyə Ərəbistanı “Ağ Naftalan yağını” kosmetik vasitə kimi qeydiyyata almış və ölkədə istifadəsinə icazə vermişdir.
Bu, AMEA-nın yaratdığı ilk məhsuldur ki, xarici dövlətdə qeydiyyata alınıb.
Hazırda “Ağ Naftalan yağı”nın Səudiyyə Ərəbistanında dərman preparatı kimi qeydiyyata alınması üçün işlər davam etdirilir.
Qeyd edək ki, “Ağ Naftalan yağı”nın beynəlxalq səviyyədə qəbul olunmasında bir çox elmi mərkəzlərin böyük zəhməti var. AMEA-nın prezidenti akademik Akif Əlizadənin irəli sürdüyü multidistiplinar tədqiqatlar ideyası “Ağ Naftalan yağı” timsalında öz uğurlu təsdiqini tapdı.
“Ağ Naftalan yağı”nın yaradılması, dərman preparatı və kosmetik vasitə kimi qeydiyyata alınması, təcrübə-sənaye miqyasında istehsalının təşkilində rolu olan təşkilatları sizə təqdim edirik:
-AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
-Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi və Mikrobiologiya kafedrası
-AMEA-nın Mikrobiologiya İnstitutu
-AMEA-nın Fiziologiya İnstitutu
-Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
-Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
-AMEA-nın Təcrübə Sənaye Zavodu
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























