Avroda bahalaşma dalğasının güclənəcəyi proqnozlaşdırılır
Korona böhranının yenidən güclənəcəyi ehtimallarının artması və Amerikada seçki öncəsi növbəti iqtisadi yardım paketinin qəbul olunacağına dair gözləntilərin azalması, beynəlxalq valyuta birjalarında dollara olan tələbin artmasına səbəb olmuşdur. Lakin Avropa, İngiltərə və Yaponiya kimi dövlətlərin Korona böhranı ilə mübarizəyə ciddi yanaşmaları və daha uğurlu olmaları amili də özünü EUR/USD, GBP/USD və USD/JPY məzənnələrində müsbət göstərə bilər. Bu səbəbdən buna dair açıqlamalar diqqət mərkəzində saxlanılmalıdır.
Texniki təhlillərə əsasən isə 1.17$-ın üzərində dəstək görən avronun, 1.1754-1.1768$-ın qırılması ilə bahalaşmağa dalğasının yenidən daha da güclənəcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi də 1.2957-1.2981$-ın qırılması ilə 1.30$-ın üzərinə kimi dəyər qazana bilər. Amerika sessiyasında müqavimətlə rastlaşan dollar/yen məzənnəsi də 105.30 yenin qırılması ilə 104.80 yenə kimi ucuzlaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozona və saat 16:30-da ABŞ-ın sənaye sektoruna dair dərc ediləcək önəmli fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















