Düşməndən Azərbaycanın bank sektoruna qarşı təxribat!
Belə ki, düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının və bankların adından vətəndaşlarımızın açıq istifadədə olan e-poçt ünvanlarına, “Telegram”, “WhatsApp” və digər şəxsi kommunikasiya vasitələrinə təxribat xarakterli elektron məlumatlar, saxta məktublar göndərilir və vətəndaşlarımızı banklardan öz vəsaitlərini çıxartmağa və digər əməliyyatlar aparmağa çağırış edirlər.
Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislərimiz tərəfindən uğurla dəf edilir və əhalimiz hər zaman olduğu kimi həmrəylik göstərərək belə təxribatlara əhəmiyyət vermir.
Azərbaycan Banklar Assosiasiyası olaraq, bir daha əhalimizdən, bank müştərilərindən xahiş edirik ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə öz bankaları ilə əlaqə saxlasınlar .
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 27 d. əvvəl
-
-
37 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”




















