Le Pendən ilk açıqlama
Fransada prezident seçkisinin ilk turunun nəticəsinə görə, ikinci tura qalmağı bacaran həddindən artıq sağçı Milli Cəbhə (FN) Partiyasının lideri Marina Le Pen, Fransız xalqını Prezident Sarayı Yeliseyə aparacaq ilk mərhələnin geridə qaldığını bildirib.
"Marja" xəbər verir ki, Le Pen, ilk nəticələrin açıqlanmasının ardından nəticələri qiymətləndirib.
Seçicilərinə təşəkkür edən Marina Le Pen, "Fransız xalqını Yeliseyə aparacaq ilk mərhələ keçilib. Bu bir dəfə ələ keçən bir imkandır. Vəhşi qloballaşma mədəniyyətimizi təhdid edir". deyib.
Bu nəticələrlə Fransız xalqının mədəniyyəti, müstəqilliyi və rifahının məsuliyyətini çiyinlərinə yükləndiyini və bunu qürurla daşıyacağını bildirən Le Pen, "Fransız xalqını azad etməyin və xalqın namizədinə səs verməyin vaxtıdır. Tənəzzül dövrünün sonunda indi milli birliyə dəvət edirəm. Bütün vətənpərvərləri, mənşəyi və mənəviyyata nə olursa olsun, Milli Cəbhə layihəsinin arxasında durmağa dəvət edirəm"- deyə bildirib.
Marina Le Pen, ikinci tur səsverməsinin də son dərəcə həyati əhəmiyyətə malik olduğunu qeyd edərək, "Ya əvvəlki kimi kütləvi köçlər, nizamsızlıq, terrorçuların sərbəst gəzdiyi kimi bir sistemin davamına, ya da mənliyimizi qoruyan sərhədləri bağlanmış və Avropa İttifaqından (Aİ) çıxmış bir Fransanın seçim ediləcəyini" ifadə edib.
Həddindən artıq sağçı lider həmçinin, özünün xalqın namizədi olduğunu qeyd edərək, rəqibi Emmanuel Macronun isə beynəlxalq lobbilərin və maliyyə dairələrinin dəstəyi ilə Fransa üçün bir fəlakət olacağını iddia edib.
İlk tur seçkinin rəsmi olmayan nəticələrinə görə 11 namizəddən heç biri seçilmək üçün lazım olan 50 faiz səsi toplaya bilməyib.
Buna görə ən çox səs alan ilk iki namizəd - Emmanuel Macron və Le Pen 2-nci tura qalmağı bacarıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







