Düşmənin mərkəzi silah-sursat anbarı məhv edildi
Həmçinin düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıbAzərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.
Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı da sıradan çıxarılıb.
41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.
Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
"Azərbaycan Ordusunun 200 nəfər itirməsi məlumat yalandır"
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır.
Bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı qeyd edib ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir:
"İşğal altında olan torpaqlarımız azad olunur. Bu danılmaz bir faktdır. Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

