Türkiyə bankında Azərbaycan əhalisinin pulları artır
Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin 1-cü rübünü 2 milyon 18 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” xəbər verir ki, bu ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 14 milyon 737 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 36 min manat, qeyri-faiz gəlirləri 6 milyon 701 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 5 milyon 376 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 3 milyon 463 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə yaradılan ehtiyata ayırılıb. Nəticədə Bank ilk rübdən 2 milyon 18 minmanat xalis qazancla çıxıb.
Qeyd edək ki, Bank 2016-cı ili ehtiyatlara 30 milyon manat ayırdığından ili 10 milyon 328 min manat zərər ilə bağlamışdı.
Yapı Kredi Bank Azərbaycan 31 Mart 2017-ci il tarixinə 441 milyon 900 min manat cəmi aktivlərə, 388 milyon 957 min manat cəmi öhdəliklərə və 52 milyon 942 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 443 milyon 90 min manat cəmi aktivlərə, 392 milyon 166 min manat cəmi öhdəliklərə və 50 milyon 924 min manat cəmi kapitala malik idi. Bankın cəmi aktivləri əsasən müştərilərə verilən kredtlərin 212 milyon 296 min manatdan 190 milyon 588 min manata geriləməsilə əlaqədar azalmışdır.
Diqqəti cəlb edən Bankda əhalinin əmanətlərinin artmasıdır. İlk rübdə Yapı Kredi Bank Azərbaycanda əhalinin əmanətləri 5,1% və ya 3 milyon 571 min manat artaraq 70 milyon 711 manatdan 74 milyon 282 min manata qalxmışdır.
31 Mart 2017-ci il tarixinə olan məlumata görə, 190 milyon 588 min manat kredit portfelinin 26%-i və ya 49 milyon 551 min manatı problemlidir. Lakin Bank verilmiş kreditlər üzrə 55 milyon 154 min manat ehtiyat yaratdığından ödəmə vaxtı keçmiş 49 milyon 551 min manatlıq kredit artıqlaması ilə bağlanır.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarları Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCredit-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər







.jpg)







.jpg)



