Türk Lirəsi sürpriz qərardan sonra bahalaşır
Dollar/Türk Lirəsi (TL) məzənnəsi Türkiyə Mərkəzi Bankının dünən sürpriz şəkildə faizini 2 bənd yüksəltməsinin ardından geriləyir. Həmçinin Türkiyə Bank Nəzarəti və Tənzimləmə Palatası, bankların TL alış istiqamətində reallaşdıracaqları swap və digər törəmə əməliyyatları üzrə nisbəti 1%-dən 10%-ə qaldırıb.
Marja xəbər verir ki, qərarlar ilə əlaqədar olaraq Türk Lirəsinin dollar qarşısında bu günkü qazancı 1,3%-i aşıb.
Dollar/TL məzənnəsi 1.3% düşərək 7.5134 səviyyəsinə enib və 20 Sentyabrdan bu yana ən aşağı səviyyəsini görüb.
Dünən qərardan sonra Türk Lirəsi Dollar qarşısında 1,5% dəyər qazanmış, məzənnə 7,71 səviyyələrindən 7.55 səviyyələrinədək düşmüşdü.
24 Sentyabrda Türkiyə Mərkəzi Bankı faizini 2 bənd artıraraq 8.25%-dən 10.25%-ə yüksəldib. Mərkəzi Bankın yaydığı açıqlamada bildirilir ki, inflyasiyanın artmasının qarşısını almaq və qiymət sabitliyini dəstəkləmək məqsədilə faizin yüksəldilməsinə qərar vermişdir.
Türkiyədə müştərilərə verilən kreditlərin artması və xarici valyutaların bahalıaşması nəticəsində inflyasiya nəzərdə tutulandan daha yüksək təşkil etmişdir. Türkiyə Mərkəzi Bankı inflyasiyanın nəzarət altına alınması və risklərin məhdudlaşdırılması məqsədilə Avqust ayından etibarən sərt addımların atılmasını gücləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)








