“Rosaviasiya” Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilən icazəni geri çağırıb
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") Yekaterinburqdan Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilən icazəni geri çağırıb.
Qurumun 23 sentyabr tarixli iclasının yekunları üzrə “Rosaviasiya” "İrAero" aviaşirkətinə Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilmiş icazənin geri çağırılması barədə qərar qəbul edib. O cümlədən, daşıyıcının imtina etməsi səbəbindən “İrAero” aviaşirkətinin Yekaterinburq-Bakı (həftənin bütün günləri) və Yekaterinburq-Lənkəran reyslərinə (həftədə iki dəfə) icazəsi də geri çağırılıb.
Bundan başqa, “Rosaviasiya” "Red Wings" və "AZİMUT" aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verməyib. "Red Wings” aviaşirkətinin Yekaterinburq-Bakı (həftədə 4 dəfə), “AZİMUT” aviaşirkətinin isə Krasnodar-Bakı reyslərini yerinə yetirməsinə icazə verilməyib.
Həmçinin "Pobeda" aviaşirkəti tərəfindən çarter reyslərinin yerinə yetirilməsinə icazə verilməsi ilə bağlı dəyişikliklər edilib. Daşıyıcının Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya (Roma, Milan), Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstan istisna olmaqla, xarici dövlətlərin ərazisindəki məntəqələrə və məntəqələrdən çarter reyslərinin yerinə yetirilməsinə verilən icazənin müddəti uzadılıb.
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























