Bu il AKİA fermerlərə 51 milyon manatdan çox kredit ayırıb
Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Kənd Təsərrüfatı Nazirliyini yaydığı məlumata görə, bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb.
Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.
Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 26 d. əvvəl
-
-
36 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”























