Bank BTB pul köçürmə imkanlarını genişləndirərək UPT sisteminə qoşuldu
(®️) Müştərilərin maksimum rahatlığını düşünərək sərfəli tariflərlə dünyanın bir çox ölkəsinə pul vəsaitlərinin köçürülməsini təmin etmək məqsədilə Bank BTB Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan UPT (Universal Payment Transfer) ilə əməkdaşlığa başlayıb.
UPT pul vəsaitlərinin sürətli köçürülməsi üçün universal ödəniş sistemidir, dünyanın 200-ə yaxın ölkəsində yerləşən 400 mindən çox xidmət məntəqəsilə fəaliyyət göstərir. UPT sistemi vasitəsilə vəsaitləri TRY, EUR və USD valyutalarında göndərmək və almaq mümkündür. Vəsaitlər istər Türkiyənin bütün şəhərlərinə, istərsə də Avropanın bir çox ölkələrinə göndərilə bilər. Tariflərlə buradan tanış ola bilərsiniz: bit.ly/upt-tarifler
Xidmətin rahatlığı hesab açmadan, şəxsiyyət vəsiqəsi ilə Bank BTB-nin filiallarına yaxınlaşaraq, vəsaiti alan şəxsin adını qeyd etməklə göndərmə imkanının olmasıdır.
UPT sisteminin əsas üstünlükləri:
- Sürətli köçürmə;
- Sərfəli tariflər;
- Valyuta seçimi imkanı;
- Etibarlılıq, təhlükəsizlik;
- Rahat istifadə qaydaları.
Bankımızın bu və digər məhsul və xidmətləri ilə bağlı hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə, həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi 5 gün müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
22 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
34 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 47 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















