Şərablar anbarlarda qalıb - MÜƏSSİSƏLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
Kənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalında mövcud duruma dair istehsalçı şirkətlərin nümayəndələri ilə onlayn videokonfrans keçirilib.
Görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri, fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sektörün fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, vətəndaşları keyfiyyətli və əlçatan ərzaq məhsulları təminatı həyata keçirilir. Nazirliyin qarşısında duran əsas hədəflərdən biri aqrar məhsulların ixrac potensialının artırılmasıdır, dövlət bir çox sahələr kimi üzümçülüyün də inkişafına subsidiya mexanizmi vasitəsilə dəstək verir.
Görüşdə üzümçülük sahəsində ting təminatının vacib məsələlərdən biri olduğu vurğulanıb. İştirakçılara Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində istehsal gücü ildə 500 min ədəd fillokseraya davamlı calaq emalatxanasının inşa olunduğu barədə məlumat verilib. Tinglik kompleksinin calaqaltı və calaqüstü əkin materialı ilə təmin edilməsi məqsədilə 20 ha ərazidə calaqüstü anaclıq bağı və 10 ha sahədə fillokseraya davamlı calaqaltı anaclıq bağı salınıb. Bu müəssisənin inşası üzümçülükdə xəstəliklərə davamlı və məhsuldar tinglərə olan tələbatın ödənilməsində əsas rol oynayacaq.
Görüş iştirakçıları pandemiya şəraitində məhsul istehsalı və aqrar emalın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbatın azaldığını, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandğını qeyd ediblər. Bildirilib ki, şərab məhsullarının anbarlarda qalması müəssisələrə əvvəlki həcmdə məhsul almaq və şərab istehsal etməyə imkan vermir. Bu səbəbdən Azərbaycanda emal müəssisələri tərəfindən texniki və süfrə üzümlərinə tələbat zəifləyib.
Çıxışlar zamanı şərabçılığın inkişafı üçün milli normativ texniki sənədlərin beynalxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması kimi təkliflər səsləndirilib. İştirakçılar üzüm istehsalıçıları ilə şərab və şərab məhsulları istehsal edən şirkətlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi barədə ortaq fikrə gəliblər.
Görüşün yekununda şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bu sahənin inkişafı, mövcud çətinliklərdən çıxış yolları barədə təkliflərini hazırlayaraq nazirliyə təqdim etmək tövsiyə olunub.
Qeyd edək ki, yaxın günlərdə ölkə üzrə kütləvi üzüm yığımına başlanacaq. Hazırda respublika üzrə 16,1 min hektar üzüm sahələri mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir. Ötən il bar verən 14521,8 hektar üzüm sahəsindən 201,7 min ton məhsul yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,2 min ton çoxdur. Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir. Bu günə qədər 14521,8 bar verən üzüm sahələrindən 27,5 min ton məhsul yığılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 21 d. əvvəl
- 45 d. əvvəl
-
54 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
58 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin






.jpg)
.jpg)











.jpg)


