Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar
Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin 1-ci yarısını 371,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 4 milyard 507,8 milyon manat məbləğində nizamnamə kapitalının 8,25%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 75,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Bank of Baku" ASC tutub. Bu bank ötən yarım ildə nizamnamə kapitalının 10,2%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" kapitalının məbləğinə görə, 28 bank arasında 22-ci yerdə qərarlaşıb.
Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 9,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 1-cidir.
Mənfəətlə işləyən qalan 18 bankdan 12-də sözügedən göstərici 1-9% arasında, 6 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın yarım illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 75,5% |
2 | Bank of Baku | 10,2% |
3 | Azərbaycan Beynəlxalq Bankı | 9,5% |
4 | PAŞA Bank | 8,7% |
5 | Unibank | 7,2% |
6 | Naxçıvan Bank | 6,2% |
7 | Bank Respublika | 6,1% |
8 | Express Bank | 5,9% |
9 | Azərbaycan Sənaye Bankı | 5,6% |
10 | Premium Bank | 4,9% |
11 | Xalq Bank | 4,7% |
12 | AFB Bank | 4,6% |
13 | Zıraat Bank Azərbaycan | 3,5% |
14 | Rabitəbank | 1,8% |
15 | Turan Bank | 1,6% |
16 | Günay Bank | 1,0% |
17 | Yapı Kredi Bank Azərbaycan | 0,9% |
18 | İran Milli Bankı - Bakı | 0,6% |
19 | Access Bank | 0,6% |
20 | Bank VTB Azərbaycan | 0,5% |
21 | Azər-Türk Bank | 0,1% |
22 | Bank BTB | -0,2% |
23 | Muğan Bank | -1,8% |
24 | Pakistan Milli Bankı - Bakı | -2,5% |
25 | Bank Avrasiya | -3,2% |
26 | Yelo Bank | -3,9% |
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 24 d. əvvəl
-
-
34 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”





















