Azərbaycanda kredit kartlarının sayı yenidən artır
Azərbaycanda kredit kartlarının sayı yenidən 2015-ci ildəki səviyyələrə yaxınlaşıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin iyul ayının sonunda kredit kartlarının sayı 985 min ədəd təşkil edib. Kredit kartlarının sayı 2020-ci ilin iyul ayında 36 min ədəd, cari ilin 7 ayı ərzində 188 min ədəd, ötən ilin iyul ayı ilə müqayisədə isə 206 min ədəd artıb.
2015-ci ilin sonunda kredit kartlarının sayı 1 milyon 10 min ədəd təşkil etmiş, devalvasiyalar və tələblərin sərtləşdirilməsi ilə əlaqədar olaraq 2016-cı ildə azalmış, həmin ilin sonunda 631 min ədədə, 2017-ci ilin iyun ayında isə 562 min ədədə düşmüşdü.
Qeyd edək ki, 2020-ci ilin iyul ayının sonunda cəmi ödəniş kartılarının sayı 8 milyon 793 min ədəd təşkil edib. Cəmi ödəniş kartlarının sayı iyul ayında 129 min ədəd, 7 ay ərzində isə 1 milyon 527 min ədəd artıb. Cəmi ödəniş kartlarının 3 milyon 468 min ədədini sosial kartlar, 2 milyon 427 min ədədini əmək haqqı kartları, 1 milyon 913 min ədədini digər debet kartları təşkil edib.
2020-ci ilin 7 ayı ərzində sosial kartların sayı 1 milyon 85 min ədəd, əmək haqqı kartları 111 min ədəd, digər debet kartları isə 144 min ədəd artıb. Sosial kartların sayındakı böyük artım fermer kartları ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 24 d. əvvəl
-
-
34 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”






















