"AccessBank" müştərilərinin hüquqlarını qoruyur
(®️) "AccessBank" müştərilərlə münasibətlərini Müştəri Hüquqlarının Mühafizəsi Prinsiplərinə (MHM) uyğun şəkildə qurur. Bu prinsiplər beynəlxalq və milli mikromaliyyə qurumlarının yenilikçi və müştəriyönümlü davranış kodeksləri əsasında yaradılıb. MHM prinsipləri "AccessBank"a maliyyə xidməti sektorunda yüksək etik və davamlı biznes strategiya tətbiq etmək imkanı yaradır.
2009-cu ildə "AccessBank" mikromaliyyə sahəsində Müştərilərin Hüquqlarının Mühafizəsi üzrə beynəlxalq kampaniyaya qoşulub. O müddətdən etibarən bank, müştərilərinin bank xidmətləri alarkən əldə etdikləri hüquqlar haqqında məlumatlı olması və onlarla əməkdaşlıq çərçivəsində MHM prinsiplərinə riayət olunması üçün çox işlər görüb. MHM prinsiplərinin əsas məqsədi müştərilərə etik standartlara uyğun şəkildə davranılması, həmçinin onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi, müştərilərin şikayət etmək hüquqlarının təmin edilməsi və onların fərdi məlumatlarının məxfiliyinin qorunmasından ibarətdir. Bundan başqa, MHM prinsiplərinə müştərilərin maliyyə savadlılığının artırılması üçün işlər də daxildir: bank, müştərisinin lazım olmayan məhsullardan istifadə etməməsi və artıq borclanmaya girməməsi istiqamətində çalışır. Bununla yanaşı, "AccessBank" qiymət siyasətində şəffaflığını qoruyub saxlamağa davam edir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 35 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”





















