Naftalan neftilə bağlı mühüm hadisə
Azərbaycanın təbii sərvəti olan “Naftalan nefti”nin Dövlət Standartı təsdiq edilibNaftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilmişdir.
Naftalan Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, Dövlət standartının layihəsi Naftalan Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti qurumlar ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 13 avqust 2020-ci il tarixli Əmri ilə təsdiq edilmişdir.
Naftalan neftinə dair dövlət standartının qəbul olunması Naftalan kurortunun gələcək inkişafı baxımından və dünyada daha geniş miqyasda tanınmasında böyük əhəmiyyətə malikdir.
Qəbul olunmuş standartın tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

















.jpg)






